Təşkilatınız Check Point-in tərəfdaşıdırsa, müvafiq imtahandan keçmək üçün bir vauçer ilə avtorizə olunmuş kursların dəyərini tam ödəyən “Co-op” proqramından da istifadə edə bilərsiniz.
Tərəfdaşlar PartnerMAP saytından istifadə edərək Co-op Dashboard-u kontrol edə bilərlər.
Tərəfdaşların Co-op fondları varsa, sorğu açıb və tərəfdaşlıq proqramı çərçivəsində mövcud olan təlim kurslarına qatıla bilərlər.
PartnerMAP -> Market -> Kampaniyalar -> Co-op Dashboard
Vəsaitlər “Check Point Stars” proqramında, tərəfdaşın statusu və Check Point-dəki sifarişlərinin həcmi ilə müəyyən edilir.
Check Point-də 60 gündən çox müddəti olan ödənilməmiş borclar, partnyorun Co-op proqramında iştirak etmə hüququna təsir göstərə bilər.
Co-op fondları tərəfdaşlara əvvəlki məhsullara verilən sifarişlər əsasında 6 aydan bir verilir.
Avadanlıqların sifarişi və alınması məhsulların sifarişləri kimi hesab olunur, buna görə də Co-op fondlarının hesablanması zamanı nəzərə alınır. Yeniləmə kimi alınan Services blades, fondları (vəsaiti) hesablamaq üçün nəzərə alınmır.
Avtorizə olunmuş Check Point Kursları da Co-op Proqramı tərəfindən maliyyələşdirilir. “Create New Claim” portalında yeni sifarişi verə bilərsiniz. Sizi maraqlandıran kursu seçməlisiniz və Co-op vasitəsi ilə Sizin ərazidə mövcudluğunu yoxlamalısınız. Tərəfdaşlar Check Point Co-op idarəetmə paneli vasitəsilə kurslara qeydiyyatdan keçməlidirlər.
Sertifikat imtahanları Co-op proqramı ilə də əhatə olunur. PartnerMAP-da Co-op sistemi vasitəsilə təlimə qeydiyyatdan keçdikdən sonra, tərəfdaşlar Co-op tərəfindən imtahan üçün vauçer alırlar. İmtahan vauçerin etibarlılıq müddəti məhduddur – kurs bitəndən sonra imtahan 60 gün ərzində keçirilməlidir.
İllik «Check Point Sales Kickoff» və «CPX Konfransı» tədbirləri də tərəfdaşım təlimin bir hissəsidir. Tərəfdaşlar bu tədbirlər üçün qeydiyyat haqqını Co-op təlim fondları vasitəsi ilə ödəyə bilərlər.
CPX və SKO tələbləri yalnız hadisə qeydlərinə əsaslanan Check Point komandası tərəfindən təyin olunur.
Daha çox sənədlər və suallar burada mövcuddur.