Atorizə olunmuş Pearson VUE Test Mərkəzi və fərdi Red Hat imtahan stansiyasına sahib olmaq müştərilərimizə və tərəfdaşlarımıza yalnız avtorizə olunmuş təhsildən keçməklə yanaşı, dünya səviyyəsində tanınan və qazandıqları bilikləri təsdiqləyən bir sertifikat almağa da imkan verir. Hər kəs bütün mövcud Vendorlardan sertifikat imtahanlarını sifariş edib verə bilər.
Pearson VUE Avtorizə olunmuş Test Mərkəzi MUK Tədris Mərkəzində uğurla fəaliyyət göstərir. İmtahana müraciət etməzdən əvvəl əsas qaydalarla və şərtlərlə tanış olun.
İmtahana yazılmaq üçün:
Test nəticələrini testi keçdikdən sonra dərhal öyrənə bilərsiniz. İmtahanın nəticəsini çap olunmuş formada alacaqsınız (score report). Sınaqdan uğurla keçdikdə, müvafiq sertifikat Vendor tərəfindən testdən sonra 1-2 ay ərzində poçt vasitəsi ilə sizə göndəriləcək. Əlaə olaraq, bu funksiya təmin edildiyi təqdirdə sertifikatın pdf formatını şəxsi hesabınızdan yükləyə bilərsiniz.
Yaş, yaşayış yeri və təhsil səviyyəsi ilə bağlı heç bir məhdudiyyət yoxdur – hər kəs sertifikat imtahanlarında iştirak edə bilər.