Konsultasiya almaq

IBM You Pass, We Pay

IBM You PassWe Pay  

Təşkilatınız IBM tərəfdaşıdırsa və ya IBM Value Package varsa, o zaman siz sertifikatlaşdırma və təlim ödənişi proqramından istifadə edə bilərsiniz – IBM You Pass, We Pay.
You Pass, We Pay proqramı IBM tərəfdaşlarına IBM məhsul və texnologiya üzrə mütəxəssislərinin sertifikatlaşdırma və təlim xərclərini ödəmək üçün unikal bir fürsət təqdim edir.
Pearson VUE test mərkəzlərində imtahanların, və eləcə də imtahanlara hazırlıq üçün nəzərdə tutulmuş IBM-in avtorizə olunmuş kurslarının dəyəri ödənilir.

YPWP proqramına daxil olan imtahan və kursların siyahısı IBM veb saytında əks olunub. Yeni imtahanlar saytda daxil olarkən əlavə olunur, köhnəlmişlər rübdə bir dəfə silinir.
Xərclərin müvəffəqiyyətlə ödənilməsi üçün proqramın bütün tələblərinə, o cümlədən sənədləşmə qaydalarına və sertifikatlaşdırma vaxtına ciddi əməl etmək lazımdır.

Sertifikatlaşdırma və IBM tərəfdaşları üçün mütəxəssis hazırlığının ödəniş proqramı üçün tövsiyələr:

You Pass, We Pay proqramı bu gün aşağıdakı sistem və xidmətlər üzərində işləyir:

  • IBM Analytics;
  • IBM Cloud;
  • IBM Cognitive Solutions;
  • IBM Global Technology Services;
  • IBM Systems;
  • IBM Watson Customer Engagement (formerly IBM Commerce);
  • IBM Security;
  • IBM Watson Health;
  • IBM Watson Internet of Things.
IBM Tərəfdaşlıq partyorları üçün sertifikatlaşdırma və tədris xərclərinin ödənilməsi üçün ən yaxşı tətbiqlər
Yoxlanış
1

Şirkətiniz etibarlı IBM biznes partnyoru (Member/Advanced/Premier) və etibarlı IBM Value Package paketin sahibi olmalıdır​

Planlaşdırılma
2

YPWP tələblərinə uyğun olaraq işçilər üçün təlim və test proqramı hazırlayın​. YPWP-yə daxil olan sertifikatların, imtahanların və kursların müasir siyahısı üçün IBM PartnerWorld-a daxil olun​

Tədris
3

TC MUK-da avtorizə olunmuş IBM kurslarında işçilər üçün təlim keçirin​

  • Xərcləri təsdiqləyən sənədləri əldə edin​;
  • Əyani tədris (SelfPaced Virtual Class daxil olmaqla) və sertifikatlaşdırma kurs bitdikdən sonra 60 gündən gec olmayaraq başa çatmalıdır;
  • Qiyabi forma (SelfPaced Virtual Class) və sertifikatlaşdırma SPVC-ni alındığı tarixdən ən geci 120 günə başa çatmalıdır.
Sertifikasiya
4

Sertifikasiya kurs bitdikdən sonra 60 gündən gec olmayaraq tamamlanmalıdır
İmtahan nəticələrini (Score report, Certificate) və xərcləri təsdiqləyən sənədləri (Pearson VUE Confirmation of Payment – invoice/receipt) əldə edin​

Müraciət
5

PDF formatında xərcləri təsdiqləyən sənədlərin tam paket ilə xərclərin ödənilməsi üçün hər bir işçi üçün ayrıca bir forma “You Pass, We Pay Reimbursement Claim Form” hazırlayın və təqdim edin.

YPWP müraciəti sertifikatlaşdırıldıqdan sonra 60 gündən gec olmayaraq IBM tərəfindən qəbul edilməlidir

Kompensasiya
6

Kompensasiyanızı eldə edi​n

Konsultasiya almaq
Свяжитесь со мной
Konsultasiya almaq
Отправить заявку
Vebinara qeydiyyat
Отправить заявку
Müraciətiniz qəbul olundu!
Yaxın zamanda sizinlə əlaqə saxlanılacaq.