Cisco Learning Credits – İT sahəsində çalışanlar üçün avtorizə olunmuş Cisco kursları üzrə təhsil almaq üçün əlverişli bir yoldur.
Cisco Learning Credits – Avtorizə olunmuş Cisco tədris Mərkəzləri (Cisco Learning Partners) tərəfindən təqdim olunan yüksək keyfiyyətli sertifikatlı təlimlərə giriş imkanı verən rahat bir virtual valyutadır.
Cisco təhsil kreditlərini ayrı bir sifariş şəklində almaq və ya Cisco avadanlıqları, proqram təminatı və ya həllər alınmasına daxil etmək olur ki, bundan sonra xüsusi bir Cisco təhsil kredit idarəetmə sistemində (LCMT) aktivləşdirildiyi andan bir il ərzində istifadə etmək olur. Onları Cisco tərəfdaşları (Cisco Learning Partners) tərəfindən verilən sertifikatlı təlimə, Cisco Advanced Services Təhsil xidmətlərinə və ya Cisco (PEC) elektron tədris tərəfdaşlarının proqramına (yalnız tərəfdaşlar üçün mövcuddur) dəyişdirə bilərsiniz.
Kreditlər 10, 100, 500 və 1500 ədəd paketlərdə satılır. Hər bir kredit 100 ABŞ dollarına ekvivalentdir və müvafiq məbləğdə təhsil verir
Kataloq nömrəsi |
Cisco Learning Credits |
Qiymət, USD |
TRN-CLC-004 |
1 |
$100 |
TRN-CLC-055/TRN-CLC-000 |
10 |
$1,000 |
TRN-CLC-001 |
100 |
$10,000 |
TRN-CLC-002 |
500 |
$50,000 |
TRN-CLC-003 |
1500 |
$150,000 |
Cisco Learning Credits almaq üçün təşkilatınızla işləyən Cisco meneceri ilə əlaqə saxlamalısınız.
Cisco Təhsil Krediti haqqında əlavə məlumatı bu linkə keçərək, əldə edə bilərsiniz və ya elektron poçta sorğu göndərə bilərsiniz: lcmt_pm@cisco.com.
Avtorizə olunmuş “MUK Tədris Mərkəzinə” müraciət edin. Menecerimiz sizin təhsil ehtiyaclarınızı qiymətləndirəcək, lazımı kursları seçəcək, uyğun cədvəl və təlim formatını təklif edəcək və təlim üçün tələb olunan Cisco Öyrənmə Kreditlərinin (CLC) sayını təyin etməyə kömək edəcək.
Cisco Təhsil Kreditləri avtorizə olunmuş təlimləri əyani və ya distant formatda keçməyə imkan yaradır.
İstifadə etmək istədiyiniz Cisco təhsil kreditləri, Cisco (Learning Credits Management Tool (LCMT)) menecerlər tərəfindən qeydiyyata alınacaq və alınan gündən etibarən bir il ərzində MUK Tədris Mərkəzində Cisco texnoloji təhsil xidmətləri almaq üçün istifadə edilə bilər.
Kreditləri aktivləşdirmək üçün cədvəldə tələb olunan kursu seçməli və tədris mərkəzimizdəki təhsil kreditlərinin sayı barədə məlumat verməli və ya Cisco meneceriniz ilə əlaqə saxlamalısınız. Daha sonra tədris mərkəzin menecerinə xidmətlər üçün ödəniş kimi istifadə edilə bilən Cisco Sifariş nömrənizi (Cisco təhsil kredit idarəetmə sistemində sifariş nömrəsin) təqdim edə və ya bu məlumatı dəqiqləşdirmək üçün Cisco menecerinizin müraciət edə bilərsiniz.
Menecerimiz təhsil üçün verilən bu kreditlərin istifadəyə yararlı olduğunu yoxlayıb: sistemdə aktivləşdirilmiş kreditlərin sayı, və s. Təhsil kreditini idarəetmə sistemi daxil edilmiş sifariş nömrəsini qəbul edərsə, menecer qeydiyyatı tamamlayır və hesabınızdan müvafiq məbləği çıxarır. Bu zaman qeydiyyatın təsdiqini, həmçinin idarəetmə sistemindən hesabınızdakı qalığın silinməsi barədə bildiriş alacaqsınız.
Cisco kreditləri təhsil Kreditləri İdarəetmə Sistemində (LCMT) qeydə alınır. Bu bazada bütün təhsil kredit əməliyyatları saxlanılır. Bu portaldan istifadə günün istənilən vaxtında mövcuddur – kreditlərinizin qalığını yoxlamaq, hesabdakı əməliyyatlar tarixinə baxmaq, işçilərinizin gedişatlarını izləmək, həmçinin müvafiq hesabatlar yaratmaq imkanı verir.
Cisco meneceriniz təşkilatınız üçün təhsil krediti idarəetmə sisteminin administratorunu təyin edir. İdarəçinin vəzifələrinə aşağıdakılar daxildir:
Əməliyyat bildirişləri və aylıq hesabatlar göndərmək üçün Cisco təhsil kredit idarəetmə sistemində qeydiyyatda olan əlaqə məlumatlarından istifadə olunur. Əlaqə məlumatlarının düzgünlüyünü yoxlamaq müştərinin öhdəliyinə verilir.